AZ

Tailandda turist avtobusu aşıb, xəsarət alanlar var

Tailandda xarici turistləri daşıyan avtobus qəzaya uğrayıb və 12 nəfər yaralanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Matchon" qəzeti xəbər yayıb.

Məlumata görə, qəza krallığın şimalındakı dağlıq Lampanq əyalətində baş verib. Avtobus Çianqmaydan Banqkoka gedirmiş, salonda 38 sərnişin olub.

Qəza zamanı xəsarət alan yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bütün sərnişinlər əsasən ərəb ölkələrindən olan xarici vətəndaşlar olub.

Seçilən
27
1
far.az

5Mənbələr