AZ

Turşu yedikdən sonra botulizm xəstəliyinə tutuldular

Moskvada 6 nəfər evdə hazırlanmış turşu yedikdən sonra botulizm xəstəliyinə tutulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bütün zərərçəkənlər bir mənzildə yaşayırdılar və evdə hazırlanmış turşu yeyirdilər”, – deyə agentliyə paytaxtın səhiyyə idarəsinin mətbuat xidmətindən bildirilib.

Agentlik yaralıların vəziyyətinin ağır və orta ağır olduğunu qeyd edib. Onlar “ixtisaslaşdırılmış yoluxucu xəstəliklər xəstəxanasında lazımi tibbi yardımın tam spektrini alırlar”.

Noyabrın 9-da səhər saatlarında Yeni Moskvadan olan bir ailənin zəhərlənməsi barədə məlumat yayılıb. Onların Kommunarka ərazisindəki fərdi satıcıdan tərəvəz aldığı bildirilir. Yeməyi yedikdən sonra beş nəfərdə ürəkbulanma və qusma, həmçinin tənəffüs çatışmazlığı müşahidə olunmağa başlayıb. Zərərçəkənlər reanimasiyaya yerləşdirilib. O zaman xəsarət almayan yeganə ailə üzvünün üç yaşlı uşaq olduğu bildirilirdi.

Seçilən
57
nocomment.az

1Mənbələr