AZ

Suriya Prezidenti ABŞ-a rəsmi səfər edib

Suriya Prezidenti Əhməd Əl Şaraa ABŞ-a rəsmi səfər edib.

 

Bu barədə SANA dövlət agentliyi xəbər yayıb.

 

Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ-dan olan həmkarı Donald Trampla görüşəcək.

 

ABŞ-ın Suriya üzrə xüsusi elçisi Tom Barrak Əl Şaraanın Vaşinqtona gözlənilən səfəri barədə hələ 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində anons vermişdi. O, Suriyanın ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulacağını gözlədiyini bildirmişdi.

 

Suriya lideri ABŞ-a əvvəl də səfər edib. Onun səfəri bu ilin sentyabrında BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirakı çərçivəsində baş tutmuşdu.

Seçilən
26
4
senzor.az

10Mənbələr