Səudiyyə Ərəbistanı çempionatında 8-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, səfərdə “Neom”la qarşılaşan “Əl-Nəsr” rəqibini 3:1 hesabı ilə məğlub edib. Ardıcıl 8-ci qələbəsini qazanan komanda çempionatın vahid lideridir.
“Əl-Nəsr”in ikinci qolunu penaltidən 65-ci dəqiqədə Kristiano Ronaldo vurub. Bununla da portuqaliyalı ulduz karyerasında vurduğu qolların sayını 953-ə çatdırıb.
40 yaşlı forvard Səudiyyə Ərəbistanı çempionatında cari mövsüm ardıcıl 7-ci matçda fərqlənib. O, 8 matçda 9 qol vurub.