AZ

İslamiada: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçuları uğurlu çıxışlarını davam etdirirlər.

90deqiqe.Az-ın məlumatına görə, milli komandamızın üzvlərindən Zelim Kotsoyev (100 kq) və Südabə Ağayeva (70 kq) final mərhələsinə yüksəliblər. Onlar bu gün qızıl medal uğrunda tatamiyə çıxacaqlar.

Digər təmsilçilərimizdən Aytac Qardaşxanlı (70 kq), Günel Həsənli (78 kq), Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın əvvəlki günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Seçilən
154
50
90deqiqe.az

10Mənbələr