AZ

Şəkidə avtomobillər toqquşdu - Yaralılar var

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki,hadisə  Şəki–Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki,hətəkətdə olan  iki minik avtomobili toqquşub, nəticədə  bir neçə nəfərin xəsarət aldıgı bildirilir. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Sıxılmış vəziyyətdə qalanların çıxarılması üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerinə həmçinin polis əməkdaşları və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası göndərilib.

Yaralılar Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Seymur Əli

Seçilən
15
4
unikal.az

10Mənbələr