AZ

Bəhram: Sanki tale məni o xoşbəxt 80-ci illərə qaytardı - Foto

"Başa düşdüm ki, yarım ildir nə Nizami (Torqovaya) küçəsində, nə də ümumiyyətlə Bakının mərkəzində olmamışam. Elə bil ora gedən yolu unutmuşam. Halbuki, vaxtilə bu yerlər mənim həyatım idi: mərkəzi məktəbdə oxuyurdum, Nizami küçəsindən cəmi iki addımlıqda yerləşən universitetdə təhsil alırdım və hər gün bu tanış səkilərlə keçirdim. Amma son illər nəsə dəyişib. Söhbət vaxtdan getmir… Nizami küçəsi artıq əvvəlki kimi deyil. Nə insanlar, nə üzlər – hər şey sanki başqa bir zamandan gəlib..."

"Yeni Sabah" xəbər verir ki, bunu Bəram Bağırzadə "Facebook"da yazıb.

O əlavə edib: "Amma bu gün bir möcüzə baş verdi. Nizami küçəsi ilə gedirdim, fikirlərə dalmışdım və birdən… onu gördüm. Uşaqlığımın kumiri, əfsanəvi penalti ustası, hər bir azərbaycanlı azarkeşin qəlbində hələ də ehtiramla səslənən o böyük ad – İqor Anatolyeviç Ponomaryov. Biz bir-birimizə doğru gəlirdik, sanki tale məni o xoşbəxt 80-ci illərə qaytardı – o illərə ki, mən ürəyim çırpına-çırpına onun hər çıxışını izləyirdim.

Yaxınlaşıb təşəkkür etdim, dedim ki, onun oyunu, o inanılmaz – bəzən ağlagəlməz penaltiləri biz, o vaxtın uşaqlarına, möcüzəyə olan inamı bəxş edirdi. Elə bir sevinc ki, insanın qəlbində həmişə qalır. O gülümsədi və içimdə bir işıq doğdu… Azərbaycan futbolunun tarixinə, eləcə də mənim sevimli “Neftçi”min bioqrafiyasına öz adını yazmış bir insanla rastlaşmaq – bu, həqiqətən qiymətsizdir. Nizami küçəsi, bu hədiyyə üçün təşəkkürlər!"


Telegram kanalımız
Seçilən
33
2
yenisabah.az

3Mənbələr