AZ

Gürcüstanda otel qiymətləri ucuzlaşdı

ain.az, Olke.az saytına istinadən bildirir.

2025-ci ilin oktyabr ayında Gürcüstanda otellərdə qalma qiymətləri əhəmiyyətli dərəcədə azalıb.

Ölkə.az xəbər verir ki, bu barədə məlumat PMCG tədqiqat mərkəzinin hesabatında yer alıb.

Məlumata görə, sentyabr ayı ilə müqayisədə otel qiymətləri 9,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3% azalıb.

Qiymət enişi ölkənin bütün regionlarında müşahidə olunub, yalnız paytaxt Tbilisidə vəziyyət fərqlidir burada otellərin qiymətləri il ərzində 2,5% artıb.

Oktyabrda bir gecəlik orta qiymətlər aşağıdakı kimi olub:

Beşulduzlu otellərdə – 442 lari (təxminən 163 ABŞ dolları),

Dördulduzlu otellərdə – 237 lari (87 dollar),

Üçulduzlu otellərdə – 153 lari (56 dollar).

Ekspertlər qiymət azalmasını turist axınının mövsümi azalması və otel sektorunda artan rəqabət ilə əlaqələndirirlər.

Leyla

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
2
olke.az

3Mənbələr