Slovakiyada iki qatarın toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, qatarlar Pezinok və Bratislava arasındakı yolda toqquşub.
Slovakiya polisinin mətbuat xidməti hüquq-mühafizə orqanlarının və təcili yardım xidmətlərinin artıq hadisə yerində olduğunu bildirib.
Mümkün itkilər barədə heç bir məlumat verilməyib.