AZ

Slovakiyada iki qatar toqquşdu - Xəsarət alanlar var

Slovakiyada iki qatarın toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, qatarlar Pezinok və Bratislava arasındakı yolda toqquşub.

Slovakiya polisinin mətbuat xidməti hüquq-mühafizə orqanlarının və təcili yardım xidmətlərinin artıq hadisə yerində olduğunu bildirib.

Mümkün itkilər barədə heç bir məlumat verilməyib.

Seçilən
20
3
publika.az

5Mənbələr