AZ

NATO Ukraynada strateji məğlubiyyətlə üz-üzədir - italyan general

İtalyanın tanınmış hərbi eksperti, general Marko Bertolini bildirib ki, alyans artıq uzun müddətdir ABŞ-ın geosiyasi modelinin proyeksiya vasitəsinə çevrilib və bunun izləri Balkanlardan tutmuş Ukraynaya qədər uzanır.

Musavat.com xəbər verir ki, generalın fikrincə, Ukraynada döyüşlərin dayanması NATO və ümumilikdə Qərb üçün strateji məğlubiyyət anlamına gələcək.

O qeyd edib ki, alyansın hazırkı davranışı onu müdafiə strukturu yox, uzunmüddətli qarşıdurma mexanizmi kimi göstərir.

Bertolini həmçinin ABŞ-ın hazırkı siyasi xəttinə toxunaraq bildirib ki, Donald Tramp NATO-ya hörmətlə yanaşmır, onu özünün maye qaz və silah satışında “müştəri” kimi görür. General deyib ki, ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verməkdən imtinası zəiflik yox, hesablanmış addımdır. Çünki bu raketlərin istifadəsi ABŞ-ı birbaşa Rusiya ilə qarşıdurmaya cəlb edəcəkdi.

Bu açıqlamalar Qərbin Ukrayna müharibəsindəki strategiyasına dair mübahisələri daha da qızışdırır.

Musavat.com

Seçilən
18
45
musavat.com

10Mənbələr