İranın Xuzistan əyalətində son bir ildə hava çirklənməsindən 1600-dən çox insan ölüb.
Musavat.com yerli mediaya istinadən xəbər verir ki, bu barədə Əhvaz Şapur Tibb Universitetinin prorektoru Mehrdad Şərifi açıqlama verib.
Qeyd olunur ki, Əhvaz, Dəşt-e Azadeqan və Hoveyzə şəhərlərində hava son bir neçə ayda cəmi iki gün sağlam olub və bu ilin oktyabr ayında hava çirkliliyi səbəbindən əyalət xəstəxanalarına 22000 vətəndaş müraciət edib.
Son 1 il ərzində havanın çirklənməsi səbəbilə ölənlərin sayı 1600 olub.
Musavat.com