AZ

Malidə tiktoker edam edilib

BAKI, 10 noyabr. TELEQRAF

"TikTok"-da Tonka şəhəri ilə bağlı videolar yayımlayan Mariame Sissé Malinin şimalına qaçırılaraq edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə SCMP məlumat yayıb.

Gənc qadını edam edən şübhəli cihadçılar onu ordu ilə əməkdaşlıqda ittiham ediblər .

"Bacım cümə axşamı cihadçılar tərəfindən həbs olundu" deyən mərhumun qardaşı Sisseni "Mali ordusuna məlumat verməkdə" günahlandırdıqlarını iddia edib. Qızın qardaşının sözlərinə görə, cihadçılar onu motosikletlə Tonkaya aparıblar və orada Müstəqillik meydanında güllələyiblər.

Seçilən
74
teleqraf.com

1Mənbələr