BAKI, 10 noyabr. TELEQRAF
"Şərq Qalxanı" layihəsi planlaşdırıldığından xeyli çox maliyyə tələb edir".
Teleqraf xəbər verir ki, bu fikirləri Polşa müdafiə nazirinin müavini Sezari Tomçik "Defence24"- ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihə “çox böyüyüb”.
"Biz "Şərq Qalxanı" layihəsinə 10 milyard zloti xərcləməyi planlaşdırırdıq - indi bunun daha çox, əhəmiyyətli dərəcədə çox olacağını bilirik",- nazir müavini deyib.
O qeyd edib ki, Varşava artıq layihəyə 1 milyard zloti (270 milyon dollar) xərcləyib və bu vəsaitdən istehkamların və anbarların tikintisi üçün istifadə olunub.