AZ

Malidə “TikTok” paylaşımlarına görə gənc qadın edam edilib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

TikTok hesablnda Malinin Tonka şəhərindəki həyat barədə videolar paylaşan gənc qadın oğurlanaraq edam edilib.APA xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) nəşri məlumat yayıb.

Məlumata görə, Mariam Sisse adlı qadın cihadçılar tərəfindən qətlə yetirilib. Onlar onu ordu ilə əməkdaşlıqda ittiham ediblər.

Qızın qardaşının sözlərinə görə, Mariamı İstiqlal meydanında güllələyiblər. Həmin anda o, hadisəni izləyən izdihamın içərisində olub.

Sissenin TikTok sosial şəbəkəsində 90 mindən çox izləyicisi var idi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
9
apa.az

10Mənbələr