AZ

Tramp BBC rəhbərliyinin işdən qovulduğunu elan etdi

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp BBC-nin yüksək vəzifəli rəhbərlərini 2024-cü il ABŞ prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışmaqda ittiham edib.

Moderator.az xəbər verir ki, o, bu barədə Truth Social-da paylaşımla çıxış edib. Xüsusilə Tramp korrupsiyada ittiham etdiyi BBC-nin istefa verən baş direktoru Tim Deyvi və Xəbərlər üzrə baş direktor Deborah Ternesə diqqət yetirib: "Tim Deyvi də daxil olmaqla, BBC rəhbərləri 6 yanvarda mənim çox yaxşı (MÜKƏMMƏL!) çıxışımı "saxtalaşdırdıqları" üçün işdən çıxarılıblar və ya qovulublar. Bu korrupsioner jurnalistləri ifşa etdiyinə görə The Telegraph-a təşəkkürlər. Bunlar prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışan çox vicdansız insanlardır".

Tramp həmçinin əlavə edib ki, həmin BBC rəhbərləri həm də bir çoxları tərəfindən ABŞ-ın 1 nömrəli müttəfiqi hesab edilən bir ölkəni təmsil edirlər (BBC Britaniya şirkətidir - red.).

"Demokratiyaya necə də dəhşətli bir zərbə!" - deyə Ağ Ev rəhbəri qeyd edib.

Xatırladaq ki, dünən BBC-nin baş direktoru Tim Deyvi və Xəbərlər üzrə baş direktor Deborah Turness ABŞ prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı qalmaqala görə istefa veriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
moderator.az

8Mənbələr