AZ

Levandovskidən het-trik - "Barsa"dan qələbə (VİDEO)

La Liqada 12-ci tura yekun vurulub.

"Unikal" xəbər verir ki, turun son matçında “Barselona” “Selta”nın qonağı olub.

Matç Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Barselona”dan Robert Levandovski het trik edib (10-pen., 37, 73), digər qolu Lamin Yamal (45+4) vurub. “Selta”dan isə Sergio Carreira (11) və  Borja İglesias (43) fərqlənib.

Bu qələbə sayəsində “Barselona” xalını 28-ə yüksəltməklə 2-ci pillədəki mövqeyini qoruyub. “Real 12 oyundan 31 xalla liderdir. “Selta” isə 13 xalla 13-cü yeri tutur.

Seçilən
55
3
unikal.az

4Mənbələr