Finss.az xəbər verir ki, Dövlətə məxsus Saudi Aramco şirkətinin açıqlamasına görə, Səudiyyə Ərəbistanı dekabr ayında Asiya alıcıları üçün neft qiymətlərini kəskin şəkildə endirəcək.
Asiyaya tədarük edilən əsas növ olan Arab Light-ın qiyməti barel üçün 1,20 dollar düşəcək. Saudi Aramco qeyd edib ki, bu, Oman/Dubay xam neft səbətindən 1 dollar baha olacaq.
ABŞ üçün bütün növ neftin qiyməti barel üçün 0,50 dollar azalacaq, Şimal-Qərbi Avropa və Aralıq dənizi üçün qiymətlər isə dəyişməz qalacaq.