AZ

BBC-nin rəhbəri Trampın çıxışı ilə bağlı qalmaqaldan sonra istefa verib

BBC-nin baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı yaranan qalmaqaldan sonra istefa verdiyini açıqlayıb.

Bu barədə “Sky News” məlumat yayıb.

Tim Deyvi bildirib ki, qərarı bir neçə amillə bağlı olsa da, “BBC News”un son fəaliyyəti və yaranan müzakirələr onun istefa qərarına ciddi təsir göstərib.

O, istefasının tamamilə şəxsi qərarı olduğunu vurğulayıb.

“BBC News”un icraçı direktoru Deborah Turness də vəzifəsindən getdiyini açıqlayıb və istefa ərizəsini şənbə günü axşam Tim Deyviyə təqdim edib.

Korporasiyanın Donald Trampın çıxışı ilə bağlı yayımlanan materiala görə rəsmi üzr istəməsi gözlənilir.

Sözügedən insident 2024-cü il ABŞ Prezident seçkilərindən bir həftə əvvəl yayımlanan “Tramp: İkinci Şans?” adlı “Panorama” seriyası ilə əlaqədardır. Videoda Trampın 6 yanvar 2021-ci il tarixli çıxışından edilən montaj nəticəsində, guya onun tərəfdarlarını Kapitoliyə yürüş etməyə çağırdığı təəssüratı yaradılmışdı. Əslində isə çıxışın həmin hissəsi təhrif olunmuşdu.

Seçilən
17
24
banker.az

10Mənbələr