AZ

"Mersedes" "TIR"la toqquşub - Ölən var

Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Far.Az apa-ya istinadən xəbər verir ki, rayonun Püsyan kəndi ərazisində baş verən hadisə zamanı 68-BL-204 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil "TIR"la toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü, 1994-cü il təvəllüdlü Ümid Xəlilov hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
20
1
far.az

2Mənbələr