AZ

Çin ABŞ gəmilərinə xüsusi liman rüsumlarının tətbiqini ləğv edib

Pekin, 10 noyabr, AZƏRTAC

Çin hökuməti ABŞ müəssisələri, təşkilatları və fiziki şəxslərinə məxsus və ya icarə olunan gəmilərə tətbiq edilən xüsusi liman rüsumlarını ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin rəsmi media orqanları hökumətə istinadla məlumat yayıb. Bundan başqa, Cənubi Koreyanın ən iri gəmiqayırma şirkətlərindən olan “Hanwha Ocean”ın ABŞ-la əlaqəli olan 5 müəssisəsinə tətbiq olunan sanksiyalar ləğv edilib.

Qeyd edək ki, Çinin Nəqliyyat Nazirliyi ABŞ-ın Çin gəmilərinə əlavə liman rüsumları tətbiq etmək qərarına cavab olaraq oktyabrın 14-dən ABŞ gəmilərinə xüsusi rüsumlar tətbiq edir.

Rəsmi Pekin oktyabrın 14-də ABŞ-ın Çinin dənizçilik, gəmiçilik və logistika sahələrinə yönəlmiş tədbirlərinə cavab olaraq “Hanwha Ocean”ın ABŞ-la əlaqəli olan 5 müəssisəsinə sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Çinin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində keçirilmiş görüşdə iki ölkə arasında iqtisadi-ticari məsələlərin həllinə dair razılıq əldə olunub.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
26
3
azertag.az

4Mənbələr