AZ

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü təcili tibbi yardım briqadasına təhvil verilib - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəki rayonunun İnçə kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes E220” markalı minik avtomobili ilə “Chevrolet Cruize” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və “Mercedes”in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü - 2003-cü il təvəllüdlü Sevindir Yamən oğlu Abdulrəhimov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Seçilən
24
23
sia.az

10Mənbələr