Günəşdə Yer kürəsinə doğru yönəlmiş güclü partlayış baş verir.
Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Məlumata görə, teleskoplar Günəş-Yer xətti boyunca plazma partlayışını müşahidə edirlər. Mütəxəssislərin məlumatına görə, partlayışın gücü X1.79 səviyyəsinə çatıb.