AZ

İndoneziyada məktəbdə partlayış - Ölənlərin sayı 96 nəfərə çatdı

BAKI, 10 noyabr. TELEQRAF

İndoneziyanın paytaxtı Cakartada 72 saylı orta məktəbdə məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 54-dən 96-ya yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Cakarta metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Cakarta polisinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Budi Hermanto bildirib ki, partlayış zamanı 96 nəfər xəsarət alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, partlayışa həmyaşıdları tərəfindən təzyiqə məruz qalan tələbə səbəb ola bilər. Polis onun evində naməlum toz halında maddə aşkar edib və müstəntiqlər onu analiz edirlər. Şübhəli hazırda reanimasiyadadır.

İndoneziya prezidenti Prabovo Subianto bildirib ki, hadisə zorakılıq xarakterli kompüter oyunlarının uşaqlara təsiri ilə bağlı ola bilər. Hüquq-mühafizə orqanları partlayışın səbəblərini araşdırır, terror ehtimalını nəzərdən keçirir, lakin polis hələlik bunu təsdiqləyən dəlil tapmayıb.

Seçilən
35
teleqraf.com

1Mənbələr