ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Mədəniyyət Nazirliyinin 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb.
Globalinfo.az xəbər verir ki, nazirliyin rəsmi sosial şəbəkə səhifəsində təqdim olunan poster müzakirələrə səbəb olub.
Görüntüdə Azərbaycan bayrağının üzərində 7 guşəli ulduz əks olunub. Lakin üçrəngli bayrağımızın üzərində ay və 8 guşəli ulduz qeyd edilməlidir.
Sözügedən paylaşım sosial şəbəkələrdə narazılığa səbəb olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.