Musavat.com xəbər verir ki, bu barədə Almaniya Beynəlxalq Təhlükəsizlik Tədqiqatları İnstitutunun tədqiqatçısı Yanis Kluge məlumat verib.
2026-cı il dövlət büdcəsində "əlillərin texniki reabilitasiya vasitələri ilə təmin edilməsi" adlı xətt üzrə 98,16 milyard rubl (təxminən 1 milyard dollar) vəsait ayrılıb. Müqayisə üçün, müharibədən əvvəl - 2020-2021-ci illərdə bu məqsədlə ildə cəmi 33 milyard rubl xərclənirdi.
Protez təminatı üzrə büdcə artımı:
2020-2021: 33 mlrd rubl
2022: 37,2 mlrd
2023: 42,2 mlrd
2024: 55,8 mlrd
2025: 75,4 mlrd
2026: 98,16 mlrd
Rusiya Protezistlər və Ortopedlər Gildiyasının üzvü Timur Qrişin bildirir ki, protez tələbatındakı kəskin artım döyüşlərdə ətraflarını itirən hərbçilərin sayının çoxalması ilə birbaşa bağlıdır.
Müharibədəki itkilərin miqyası Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesablamalarına görə:
2024-cü ilin sonuna Ukrayna müharibəsində təxminən 400 min rusiyalı hərbçi ağır yaralanaraq əlil olub.
2022-2024-cü illərdə Rusiya ordusunun ümumi itkiləri: 783 min
172 min - həlak olub
611 min - yaralanıb
Yaralananlardan təxminən 376 min nəfər ömürlük əlil qalıb.
Ukrayna Baş Qərargahının məlumatına görə, 2025-ci ilin noyabrına Rusiya ordusunun ümumi itkilərinin sayı 1 milyon 150 min nəfəri keçib.
Beləliklə, Rusiya büdcəsində protezlərə ayrılan vəsaitin rekord həcmdə artırılması, ölkənin müharibədə gördüyü insan itkilərinin miqyasını bir daha təsdiqləyir.