AZ

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə- Aralarında azyaşlılar var

Şəmkir rayonunda iki ayrı dönərxanada zəhərlənmə hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisələr noyabrın 9-u saat 01 və 03 radələrində qeydə alınıb.

Şəhər ərazisində yerləşən "Mahmud" dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev , "Mersin" dönərxanasından isə şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, onun qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Seçilən
29
36
azedu.az

10Mənbələr