AZ

Şəmkirdə 77 yaşlı kişini avtomobil vuraraq öldürüb

Şəmkir piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun ərazisində qeydə alınıb.

Belə ki, Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Rəhman Rəhim oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanoviçi vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Seçilən
36
9
sia.az

10Mənbələr