AZ

İmişlidə hamilə qadın doğuş zamanı öldü - AÇIQLAMA

İmişlidə hamilə qadın doğuş zamanı ölüb

TƏBİB-dən bildirilib ki, ötən gün saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub:

"Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib".

Seçilən
19
17
ucnoqta.az

10Mənbələr