AZ

Tramp bütün amerikalılara 2000 dollar ödəyəcəyini vəd edib

Oxumeni.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tramp bütün amerikalılara 2000 dollar ödəyəcəyini vəd edib

ABŞ prezidenti Donald Tramp ABŞ-ın gömrük rüsumlarından topladığı vəsaitdən yüksək gəliri olanlar istisna olmaqla, bütün amerikalılara 2000 dollar ödəyəcəyini vəd edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

Tariflərə qarşı çıxanları axmaq adlandırıb. Tramp həmçinin yazıb ki, ABŞ trilyonlarla dollar qazanır və tezliklə 37 trilyon dollarlıq dövlət borcunu ödəyəcək.

“Hər kəs (yüksək gəliri olanlardan başqa!) ən azı 2000 dollar dividend alacaq”, - prezident bildirib.

2025-ci ilin aprel ayının əvvəlində Tramp müxtəlif ölkələrə rüsumlar tətbiq etdiyini açıqladı. O, bunun zəruri olduğunu, çünki ABŞ "dost və düşmən olaraq, yaxın və uzaq millətlər tərəfindən qarətə, zorakılığa və talana məruz qalırdı" deyib.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
oxumeni.az

2Mənbələr