AZ

Yəqin təzə günah hissi baş qaldırıbdı onda... Günün şeiri

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

10 noyabr simvolizmin ədəbiyyatda ən böyük təmsilçilərindən biri hesab olunan fransız şair Artur Rembonun anım günüdür.

Kulis.az bu münasibətlə onun "Hiyləgər qadın" şeirini təqdim edir.

Alatoran içindəki yeməkxana zalında,

Yeməyin və meyvələrin ətri canıma sindi.

Önümə dolu boşqabı çəkdim süfrə başında,

Kiçik masam mənimçün kef məclisinə döndü.

Saat vurur… dinlədikcə, mən ləzzətlə yeyirəm;

Qəfildən qapı açılır… oturmuşam hələ ki..

Qulluqçu qız heç bilmirəm nədən təşrif buyurur,

Saçları çox səliqəsiz, yaylığısa çəpəki…

Gəzir çeçələ barmağı çəhrayı yanağında,

Yəqin təzə günah hissi baş qaldırıbdı onda,

Dodaqları şişib-pörtüb sanki alışıb-yanır.

Yüngül toxundu çiynimə… bəlkə də sınayırdı,

Yəqin öpüş istəyirdi. Sakit pıçıldayırdı:

“Bir sən də bax, gör bir nədən yanağım belə donur…”

Tərcümə edən: Zahid Sarıtorpaq

"Bu sözüm insanların xoşuna gəlməyəcək..." - Azər Aydəmir Əlixan və Taleh haqqında

Şəkidə Kiş məscidinin bərpası gələn il yekunlaşacaq

Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
kulis.az

2Mənbələr