AZ

Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Azərbaycanın payı artıb

Bu ilin III rübündə xaricə səfər edən Gürcüstan vətədaşlarının sayı 784,7 min nəfər təşkil edib ki, bu da illik müqayisədə 3,4% çoxdur.

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Səfərlərin böyük hissəsini – 41,4%-i 31-50 yaş qrupuna daxil olan səyahətçilər təşkil edib.

Xaricə səfərlərin əksəriyyəti Türkiyə (34,3%) və Rusiyanın (18,3%) payına düşüb.

Səfərlərin 14,6%-i Ermənistana, 1,8%-i Azərbaycana, 16,4%-i Avropa İttifaqı ölkələrinə, 14,5%-i isə digər ölkələrə həyata keçirilib.

Xaricə səfərlərin 97,8%-i təkrar səfərlər olub, 36,1%-i dost və qohumlara baş çəkmək məqsədilə edilib.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Azərbaycanın payı 2,3%, II rübündə isə 1,3% olub. (Apa)

Seçilən
12
4
fed.az

5Mənbələr