AZ

Milli komandanın heyəti elan olundu

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığmasına qarşı keçiriləcək oyun üçün heyəti müəyyənləşib.

Modern.az xəbər verir ki, AFFA-nın sməlumatına görə, bu gün Bakıda toplaşacaq U-21 noyabrın 12-dən 17-dək İspaniyanın Malaqa şəhərində təlim-məşq toplanışı keçəcək. Komandamız noybarın 18-də səfərdə Cəbəllütariq millisi ilə qarşılaşacaq.

Yığmamızın heyəti isə aşağıdakı kimidir:

Rəvan Mirzəmmədov ("Sabah"), Rəvan Kazımov, Nahid Əliyev ("Şəfa"), Səlim Həşimov, Sənan Muradlı, Emil Süleymanov, Oruc Məmmədov, Edqar Adilxanov (hamısı "Şamaxı"), Emin Rüstəmov, Fəxri Məmmədli (ikisi də "Səbail"), Elgün Dünyamalıyev ("Cəbrayıl"), Raul Məmmədov, Elcan Əbilov, Sadiq Şəfiyev (hamısı "Kəpəz"), İbrahim Ramazanov ("Turan Tovuz"), Səttar Tahirzadə ("Marcet", İspaniya), Eşqin Əhmədov, Nuğay Rəşidov, Şahin Şahniyarov ("Qəbələ"), Okan Təhmazlı ("Zaqatala"), Murad Məmmədov, Ağadadaş Salyanskiy ("Neftçi"), Nihad Əhmədzadə ("Sumqayıt"), Elmar Məmmədov (MOİK)

Seçilən
30
9
modern.az

10Mənbələr