AZ

Avropada sərnişin qatarı toqquşdu, çox sayda yaralı var

Mərkəzi Avropa dövləti olan Slovakiyanın paytaxtı Bratislava yaxınlığında iki sərnişin qatarı toqquşub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Bratislava ilə Pezinok arasındakı şəhərətrafı sərnişin qatarında qeydə alınıb.

Hadisə nəticəsində 30 nəfər yaralanıb.

Toqquşmanın səbəbi hələlik məlum deyil.

Qəzadan sonra hər iki istiqamətdə dəmir yolu hərəkəti dayandırılıb və Slovakiya Dəmir Yolları (ZSSK) araşdırmaya başlayıb.

Billurə
 

Seçilən
22
1
olke.az

2Mənbələr