AZ

Ana və körpəsi doğuş zamanı öldü - YENİLƏNİB

Ana və körpəsi doğuş zamanı öldü - YENİLƏNİB

TƏBİB-dən bildirilib ki, dünən saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.

Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib.

İmişlidə 42 yaşlı hamilə qadın doğuş zamanı vəfat edib.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Telişli kəndində qeydə alınıb.

Belə ki, Cəfərli kənd qeydiyyatında olan, 1983-cü il təvəllüdlü Mirvari Əbülfət qızı Hətəmova hamiləlik sancıları başladıqdan sonra İmişli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Lakin doğuş zamanı qadının vəziyyəti qəfil pisləşib və uşağı dünyaya gətirə bilmədən əməliyyat masasında həyatını itirib. Onu da bildirək ki, körpənin həyatını da xilas etmək mümkün olmayıb.

Məlumata görə bu, M. Hətəmovanın üçüncü hamiləliyi olub. Onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
16
afn.az

10Mənbələr