AZ

Tükiyədə bu televiziyaya silahlı BASQIN - DETALLAR

Türkiyədə "BeİN Sports" televiziyasının binasına silahlı basqın olub.

Day.Az xəbər verir ki, hazırda binada vəziyyətin gərgin olduğu bildirilir.

Məlumata görə, basqını edən silahlı şəxsi görən polislər binaya daxil olublar.

İlkin məlumata əsasən, həmin şəxs kanalın futbol spikeri Güntəkin Onayla görüşmək istədiyini söyləyib.

Türkiyəli jurnalist Haluk Yüreklinin məlumatına görə, beIN SPORTS kanalında çalışan aparıcı Güntekin Onayla qadın mühafizəçi arasında mübahisə baş verib.

Hadisədən sonra qadın həyat yoldaşına xəbər verib və o, yayımçı şirkətin binasına silahla daxil olub.

Hadisə ilə bağlı rəsmi açıqlama hələlik verilməyib. Təhlükəsizlik orqanlarının məsələyə müdaxilə etdiyi bildirilir.

Seçilən
71
day.az

1Mənbələr