AZ

Böyrəyini satışa çıxaran müğənni ilə bağlı VACİB AÇIQLAMA KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müğənni Elnarə Vahidova son açıqlamasında efirlərə dəvət olunmamasından, televiziya verilişlərinin yüksək ödənişlərindən və sosial şəbəkələrdə gördüyü uğurlara baxmayaraq diqqətdən kənarda qalmasından şikayət edib.

Vahidova bildirib ki, Bakıdakı aparıcıların çoxuna müraciət edib və efir rəhbərlərinə üz tutub:

“Efirlərə çıxmaq istəyirəm, amma qiymətlər çox bahadır, gücüm çatmır. Pul həyatda yaşamaq üçün vacibdir. Amma mərhəmət də yaxşı bir hissdir.”

O, xüsusilə aşağıdakı aparıcıların adlarını çəkib: Zaur Kamal, Zaur Nəbioğlu, Mikayıl, Elgiz, İbrahim bəy, İlqar bəy, Yalçın bəy, Tarix bəy, Xoşqədəm xanım, Aytəkin xanım, Zümrüd xanım, Vüsalə xanım və Mətanət xanımın efir ödənişləri həddən artıq bahadır.

Müğənni efir ödənişlərinin yüksəkliyini real nümunələrlə bildirib, onun sözlərinə görə, Zaur Kamalın verilişi 1 600 manat, Zaur Nəbioğlu 1 500 manat, İbrahim bəy 700 manat tələb edir. Vahidova qeyd edib ki, özü ayda bir dəfə toyla dolanır və həmin məbləğləri ödəməyə maddi imkanı yoxdur.

Sosial mediada dinləyici rəğbətinə diqqət çəkən müğənni iddia edib ki, onun YouTube, TikTok və digər sosial şəbəkələrdə yayılan ifaları qısa müddətdə böyük baxış sayı toplayır:

“Sosial şəbəkələrdə 24 saat ərzində mənim oxuduğum mahnı bir milyon izlənilir. Bunu niyə görmürsüz?”

Vahidova şəxsi həyatına və sənətə dair sərt münasibətini də bölüşüb: 24 yaşından tək yaşadığını, estetik müdaxilələrə məcbur edilmədiyini və sənətini olduğu kimi təqdim etmək istədiyini vurğulayıb. O, həmçinin həyatını riskə atıb böyrəyini satmağa hazır olduğunu elan edib və Müşviqabadda yaşadığını bildirib:

“Mənim qan qrupum (2+)dur. Elə adam varsa, mənə yazsın, donor olmağa hazıram.”

Bu iddia və çağırışlarla bağlı KONKRET.az hüquqi şərh almaq üçün hüquqşünas Tağı Hüseynov ilə əlaqə saxlayıb. Hüseynov qeyd edib ki, Azərbaycanda insan orqanlarının alqı-satqısı qadağandır və belə halların təşviqi cinayət məsuliyyəti yarada bilər. O, bildirib ki, real alqı-satqı aşkarlandıqda məsuliyyət tətbiq olunacaq, qanunsuz elan və reklam hallarında isə inzibati tənbeh tətbiq edilə biləcəyini əlavə edib.

“Əgər real alqı-satqısı yoxdursa, cinayət məsuliyyəti yaranmaya bilər, amma etik və qanuni baxımdan bu, düzgün deyil.”

Mövzuya dair Vahidovanın efir aparıcılarına ünvanladığı müraciətdə ayrıca tələb və narahatlıqlar yer alıb: daha ədalətli dəvətlər, sosial şəbəkə uğurlarının nəzərə alınması və aparıcıların bəzi mövzularda izləyici trendini formalaşdırdığını vurğulayıb. O, izləyicilərdən dəstək istəyərək sosial şəbəkələrdə bu mövzunu trend etməyi xahiş edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

https://konkret.az/cloud/uploads/2025/11/ssstik.io_elnar.vahidova_1762760399044.mp4

https://konkret.az/cloud/uploads/2025/11/ssstik.io_mziko.azz_1762760378915.mp4

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
3
konkret.az

4Mənbələr