AZ

Kreml Lavrovun XİN başçısı vəzifəsindən kənarlaşdırıldığı xəbərini təkzib ETDİ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Sergey Lavrov Rusiya xarici işlər naziri vəzifəsində fəal şəkildə fəaliyyətini davam etdirir".

Redaktor.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Qərb mediasının Lavrovun "işdən çıxarıldığı" barədə xəbərlərini təkzib edib.

"Bütün bu məlumatlar tamamilə yalandır. Onlara əhəmiyyət verməyin. Hər şey qaydasındadır. Müvafiq ictimai tədbirlər baş tutanda naziri görəcəksiniz", - Kremlin sözçüsü vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
6
redaktor.az

8Mənbələr