Dogru.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə noyabrın 11-12-də Rusiyaya rəsmi səfər edəcək.
Doğru.az xəbər verir ki, səfər çərçivəsində liderlər iki ölkə arasında strateji tərəfdaşlıq, siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.
Kremlin məlumatına görə, dövlət başçıları səfər zamanı bir sıra mühüm ikitərəfli sənədləri imzalayacaq və 21-ci Ölkələrin Regionlararası Əməkdaşlıq Forumunun plenar sessiyasında çıxış edəcəklər.
Bundan əvvəl Tokayev noyabrın 12-dəki səfər zamanı əhəmiyyətli razılaşmaların əldə olunacağını açıqlamışdı.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.