AZ

“Çempionatı Braziliyada deyil, mövsümün əvvəlində uduzduq”

“Red Bull” komandasının pilotu Maks Verstappen Braziliya Qran-Prisində 19-cu yerdən start alaraq möhtəşəm çıxışla podiuma yüksəlsə də, “MakLaren” sürücüsü Lando Norrisi çempionluq yarışında tutmağın artıq mümkünsüz olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilotun sözlərinə görə, titul uğrunda mübarizə hələ mövsümün əvvəlində əldən verilib:

“Çempionatı Braziliyada uduzmadıq. Biz onu mövsümün ilk yarışından Zandvorta qədər olan dövrdə itirdik. Bir çox həftəsonları sadəcə kifayət qədər sürətli deyildik. Bu da liderlə aramızda böyük fərqin yaranmasına səbəb oldu. Bəzi mərhələlərdə yaxşı çıxış edərək xal fərqini azaltsaq da, bu kifayət etmədi. Mövsüm belə alındı.”

Qeyd edək ki, Verstappen Braziliya Qran-Prisində üçüncü yeri tutaraq podiuma yüksəlib.

Seçilən
51
90deqiqe.az

1Mənbələr