AZ

Meyvəni qaynar suya salmaq vitaminləri "öldürür"

Meyvə və giləmeyvələrin üzərinə qaynar su tökməklə onları dezinfeksiya etmək bir çoxlarının düşündüyü qədər təhlükəsiz üsul deyil.

BAKU.WS xəbər verir ki, bunu rusiyalı dietoloq Anastasiya Kondaurova URA.RU-ya açıqlamasında bildirib.

Mütəxəssis deyir ki, bu vərdiş həm məhsulların faydalı maddələrini məhv edir, həm də əsas çirklənmələrlə mübarizədə səmərəsizdir.

Mütəxəssisin sözlərinə görə, istiliklə təmasda olan meyvə və giləmeyvələrdə su ilə həll olan vitaminlər (xüsusilə C vitamini və B qrupu) sürətlə parçalanır.

"Üzüm və ya çiyələyi qaynar su ilə yuduqda, onların tərkibindəki xeyirli maddələrin böyük hissəsini sözün əsl mənasında bişiririk" - deyə Kondaurova vurğulayıb.

O, əlavə edib ki, temperaturun qəfil dəyişməsi meyvələrin kutikul qatını və lifli toxumasını zədələyir. Nəticədə məhsul formasını itirir, xırtıldayan teksturası yox olur və daha tez xarab olur.

Dietoloqun sözlərinə görə, qaynar su pestisidlərə və mum qatı kimi çirklənmələrə qarşı da təsirsizdir. "Əksinə, bəzən isti su bu kimyəvi maddələri qabıq səthinə "möhürləyir", onları daha çətin təmizlənən hala gətirir" – o qeyd edib.

Ekspertin fikrincə, meyvə və giləmeyvələrin yuyulması üçün ən təhlükəsiz və effektiv üsul - onları axar, sərin su altında yumaqdır.

Daha çox çirklənmiş meyvələr üçün isə əvvəlcə 10-15 dəqiqə sirkə və ya çay qaşığı soda əlavə edilmiş suda saxlamaq, sonra isə bol su ilə yaxalamaq tövsiyə olunur.

Seçilən
38
far.az

1Mənbələr