AZ

Konte: Ölü komanda ilə işləmək istəmirəm

"Napoli"nin baş məşqçisi Antonio Konte A Seriyasının 11-ci turunda "Bolonya"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra komandasının yarış ruhunun çatışmazlığından şikayətlənib.

Publika.az xəbər verir ki, o, klubdan mümkün ayrılığı barədə danışıb:

"Bizdə ümumiyyətlə enerji çatmadı. Ən çox məyusedici məqam odur ki, rəqib bizdən daha istəkli və mübarizə ruhunda idi. Bu, bizi ciddi düşündürməlidir. Bu, ilin əvvəlindən bəri beşinci məğlubiyyətimizdir. Deməli, nəticə göz önündədir. "Bolonya" cümə axşamı oynamışdı, amma meydanda sanki döyüş ruhu ilə yanırdılar, biz isə hesab bərabər olana qədər sadəcə tapşırığı yerinə yetirirdik.

Artıq üç-dörd ay keçib, amma oyunçular arasında hələ də kimya yoxdur, bir-birinə görə döyüşmək istəyi hiss olunmur. Bilmirəm, vəziyyəti dəyişə biləcəyikmi. Mən ölü komanda ilə işləmək istəmirəm. Hər kəs məsuliyyəti öz üzərinə götürməlidir. Mən birinciyəm, kimdən hesabat tələb olunmalıdırsa, məndən başlasınlar. Amma komandanın ruhunu dəyişmək üçün hər bir oyunçu özü içindən bu xarakteri tapmalıdır".

Seçilən
37
50
publika.az

10Mənbələr