Bakı. Trend:
Səudiyyə Ərəbistanı Həcc mövsümü ilə bağlı hazırlıqlarınyarısını tamamladığını açıqlayıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Həcc və Ümrə İşləri Nazirliyininməlumatına görə, digər hazırlıq işlərinin təxminən 4 ay ərzindəyekunlaşdırılması nəzərdə tutulub.
Nazirlik həmçinin qeyd edib ki, hazırlıqlar ölkənin “2030Hədəfləri” çərçivəsində həyata keçirilir və ziyarətçilərinrahatlığı üçün yeni xidmətlər tətbiq olunacaq.