AZ

"Napoli" baş məşqçisi ilə yollarını ayıra bilər

Bakı. Trend:

"Napoli"nin baş məşqçisi Antonio Konte klubu tərk edə bilər.

Trend xəbərverir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Mütəxəssisin gedişi ilə bağlı qərar onun klub prezidenti AurelioDe Laurentisin görüşündən sonra qəbul oluna bilər.

Konte ilə De Laurentisin görüşü bu gün olacaq.

Qeyd edək ki, Antonio Konte 2024-cü ilin iyul ayından "Napoli"niçalışdırır. Ötən mövsüm komanda onun rəhbərliyi altında İtaliyaçempionu olub.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsindənövbəti oyununu səfərdə "Napoli"yə qarşı keçirəcək. Matç noyabrın25-də oynanılacaq.

Məqalədə:
Seçilən
43
2
az.trend.az

4Mənbələr