AZ

"Napoli" Konte ilə yolları ayıra bilər

style='margin-bottom:10px;'>

"Napoli"nin baş məşqçisi Antonio Konte klubu tərk edə bilər.

QOL.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Mütəxəssisin gedişi ilə bağlı qərar onun klub prezidenti Aurelio De Laurentisin görüşündən sonra qəbul oluna bilər.

Konte ilə De Laurentisin görüşü bu gün olacaq. Tərəflər 56 yaşlı menecerin gələcəyini müzakirə edəcəklər.

Qeyd edək ki, Antonio Konte 2024-cü ilin iyul ayından "Napoli"ni çalışdırır. Ötən mövsüm komanda onun rəhbərliyi altında İtaliya çempionu olub. 

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu səfərdə "Napoli"yə qarşı keçirəcək. Matç noyabrın 25-də oynanılacaq.

Seçilən
29
2
teleqraf.com

4Mənbələr