AZ

Üzüm çəyirdəyi insan ömrünü 150 ilə çatdıra bilər – Çin laboratoriyasından sensasion açıqlama

Çində uzunömürlülük və hüceyrə qocalmasının qarşısının alınması üzərində çalışan Lonvi Biosciences laboratoriyası 150 il yaşamağın artıq elmi baxımdan mümkün olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, şirkətin texniki direktoru Lyu Tsinxua bildirib ki, insan ömrünün radikal şəkildə uzadılması “artıq fantastika deyil” və yaxın illərdə bu, real tibbi praktikaya çevrilə bilər:

“150 il yaşamaq qətiyyən fantastika deyil. Bir neçə ildən sonra bu, reallığa çevriləcək”.

Yeni hazırlanan uzunömürlülük preparatı üzüm çəyirdəklərinin tərkibindən alınmış prosianidin C1 (PCC1) adlı təbii birləşmə əsasında əldə olunub. Şanxay alimlərinin apardığı təcrübələr göstərib ki, PCC1 qocalmış hüceyrələri seçici şəkildə məhv edir, sağlam hüceyrələrə isə toxunmur. Bu proses siçanların ömrünü nəzərəçarpacaq dərəcədə uzadıb.

Nəticənin mənası nədir?

Elm adamları hesab edir ki, qocalmış hüceyrələrin orqanizmdən çıxarılması toxumaların yenilənməsini sürətləndirir, orqanizmin ümumi enerji səviyyəsini artırır və yaşla bağlı pozulmaların qarşısını alır.

Bu araşdırma insanlarda yaşlanma biologiyasına müdaxilə imkanlarının genişlənməsi deməkdir və tibbdə tam yeni mərhələ başlaya bilər.

Hazırda preparat klinik təhlükəsizlik mərhələsinə hazırlanır. İnsanlar üzərində sınaqların növbəti 2-3 il ərzində başlanacağı gözlənilir.

Musavat.com

Seçilən
24
4
musavat.com

5Mənbələr