Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında üçuncü yeri tutublar.
QOL.az xəbər verir ki, komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün yarımfinalda Misir seçməsi ilə qarşılaşıb.
Görüş 8-5 hesabı ilə Afrika təmsilçisinin xeyrinə nəticələnib. Beləliklə, stolüstü tennisçilərimiz komanda yarışlarını bürünc mukafatla başa vurublar.