AZ

Suraxanıda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.Bu barədə DİN-dən məlumat verilib.

Belə ki, rayon ərazisində yerləşən çay evlərinin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı X.Abdullayev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.

Seçilən
14
25
anews.az

10Mənbələr