AZ

Cəlilabadda "KİA" aşıb, 3 nəfər xəsarət alıb

Cəlilabadda baş verən qəzada 3 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara avtomobil yolunun 87-ci km-də qeydə alınıb.

Hərəkətdə olan "Kia" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
54
1
apa.az

10Mənbələr