AZ

“Arsenal”ın ulduzu azərbaycanlı tiktokerin videosunu paylaşdı - VİDEO

“Arsenal”ın 40 milyon avro dəyərində qiymətləndirilən futbolçusu Rikkardo Kalafiori azərbaycanlı gəncin hazırladığı videonu sosial şəbəkədə paylaşaraq gündəm yaradıb.

İdman.Biz xəbər verir ki, “TikTok”da “Lokko” adı ilə tanınan gəncin hazırladığı video sevgi dolu məzmunu ilə qısa zamanda böyük izlənmə toplayıb.

Kalafiorinin həmin videonu paylaşmasından sonra baxış sayı sürətlə artaraq 62 milyona çatıb.

Azərbaycanlı “TikTok” istifadəçisinin bu uğuru sosial şəbəkələrdə geniş müzakirə olunur.

İdman.Biz

Məqalədə:
Seçilən
45
1
idman.biz

2Mənbələr